Mojo.az Banner
21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |     20:32 Əhali ən çox bu ərzaqların alışına pul xərcləyir  |     20:27 Bakıda külək ağacı aşırdı  |     20:23 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı - CANLI  |     20:20 Nizamidə abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi (VİDEO)  |     20:14 Ratko Mladiç ölüb  |     20:05 Buna görə 70 manat dövlət rüsumu alınacaq  |     20:00 Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO  |     19:55 Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağına etiraz edir  |     19:48 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi  |     19:43 Şəhid anası vəfat edib  |     19:37 Azərbaycana bu iki ölkədən daha çox turist gəlir  |     19:30 Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir - VİDEO  |    
Left Banner
Right Banner

Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri veriləcək

22.06.2026 19:29 243
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri veriləcək
Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilib, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılıb. Yeni qaydalara əsasən, müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, mühüm yeniliklərdən biri Naxçıvan Muxtar Respublikasında intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 min manat, intensiv alma bağları üzrə isə hər hektara 21 min manat birdəfəlik əkin subsidiyası müəyyən edilib. Superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir. Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 min 200 AZN subsdiya nəzədə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir.скачать dle 11.3
Mojo.az Banner