Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur türk müğənniyə qarşı 70 milyonluq saxta çek ittihamı

18.06.2026 17:17 444
Məşhur türk müğənniyə qarşı 70 milyonluq saxta çek ittihamı
Məşhur türkiyəli müğənni Haluk Levent barəsində etibarsız çekin verilməsi ilə bağlı qaldırılmış iş üzrə hökm çıxarılıb.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, məhkəmə ona iki ayrı çek ittihamı üzrə təxminən 70 milyon türk lirəsi (2 milyon 500 min manatdan çox) məbləğində pul cəzası təyin edib.

Qeyd edək ki, müğənninin 2025-ci ildə yazdığı iki çekin etibarsız olduğu iddiası ilə onun barəsində şikayət edilib. Bununla bağlı bu gün keçirilən məhkəmə iclasında bildirilib ki, etibarsız hesab edilərək geri qaytarılmış çeklərin ümumi məbləği təxminən 70 milyon türk lirəsi təşkil edib.

Haluk Levent 30 iyun 2025-ci il tarixində çek üzrə qarşılıqsız prosedur aparılmasına səbəb olmaq ittihamı ilə 50 083 000 lirə, 20 may 2025-ci il tarixində verilmiş çeklə bağlı eyni cinayət üzrə 19 987 000 lirə pul cəzası ilə cərimələnib. Həmçinin Haluk Leventə çek yazmaq və çek hesabı açmaq qadağasının tətbiq olunmasına da qərar verilib.

Son xəbərlər