Mojo.az Banner
16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |     15:19 Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"  |     15:10 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA (FOTO)  |     15:06 Alen Simonyan Bakıya səfər edəcək?  |     15:04 Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı  |     15:02 Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB  |     14:58 "Atam MİDA-da işləyir" yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI  |     14:57 Bakıda qardaş və bacı bir-birini bıçaqladı  |     14:56 "Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi  |     14:34 Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu  |     14:27 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU - FOTO  |     14:26 655 karat brilyantı Bakıya gətirmək istədilər  |     14:24 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR  |     14:12 Kişi ondan borc istəyən arvadını döydü  |     14:08 Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır  |     13:25 Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir  |     13:16 Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib - VİDEO  |     13:03 Argentinada bütün oyunlar Messiyə görə DAYANDIRILACAQ  |    
Left Banner
Right Banner

İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO

17.06.2026 11:55 486
İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

ABŞ prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin vitse-prezident Cey Di Vensin ölkəmizə səfərini məmnunluqla xatırlayıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib.

O, həmçinin Azərbaycanda UFC və "Formula-1" kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olunub.

Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.

Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.







скачать dle 11.3
Mojo.az Banner