Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan seysmik cəhətdən nə qədər təhlükəlidir?

15.06.2026 11:20 459
Azərbaycan seysmik cəhətdən nə qədər təhlükəlidir?
Qəbələdə qeydə alınan zəlzələ yerli sakinlər arasında narahatlıq yaradıb. Yeraltı təkanların hiss olunmasından sonra sosial şəbəkələrdə və ictimaiyyət arasında Azərbaycanda seysmik aktivliyin artıb-artmadığı ilə bağlı müzakirələr başlayıb. Xüsusilə paytaxt sakinlərini maraqlandıran əsas suallardan biri Bakıda da güclü zəlzələ ehtimalının olub-olmamasıdır.

Qəbələdə baş verən son zəlzələ nəyi göstərir, ölkənin digər bölgələri, o cümlədən Bakı üçün hər hansı risk varmı?

Hadisə ilə bağlı Median.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyi və Torpaqşünaslıq İnstitunun nəzdində Coğrafiya İnstitunun Coğrafi Ekologiya şöbəsinin müdiri Ənvər Əliyev suallarımızı cavablayıb.

Ənvər Əliyevin sözlərinə görə, zəlzələ və seysmoloji proseslərin planetdə getdiyi məqamları yaxşı biləndə, onlar haqqında qorxunc fikirlərə az düşülür. İlk növbədə regionumuzun harada yerləşməsini bilmək vacibdir. Və burada zəlzələlərin olması və maqnitudası müəyyənləşdirilir.

Azərbaycan ərazisinin riskli ola biləcəyindən bəhs edən mütəxəssis əlavə edib:

"Azərbaycan ərazisinin bütövlükdə seysmoloji vəziyyəti gecə-gündüz nəhəng iki materik bir-birini sıxmaqdadır. Bu materiklərin bir-birini sıxması o deməkdir ki, burada hər dəqiqə hadisə ola bilər. Çünki materiklər bir-birinə təzyiq göstərdikcə, elə ana gəlir ki, zəlzələ baş verir. Bu, uzunmüddətli gərginlikdən sonra yaranır".

Qəbələ rayonundakı zəlzələdən bəhs edən Ə. Əliyev qeyd edib:

"Qəbələ Şəkidən Şamaxı ya qədər Azərbaycanın seysmoloji olaraq ən aktiv bölgələrindən biridir. Tarixdə o ərazilərdə çox sayda zəlzələ hadisəsi baş verib. Amma Şamaxıdakı kimi dağıdıcı zəlzələlər qeydə alınmayıb. Dünən baş verən zəlzələ isə dərinlikdədir".

Mütəxəssis bildirib ki, zəlzələnin təkcə maqnitudası əsas deyil. Həm də onun yer səthində, yerin qabığında nə qədər üzdə olsa, bir o qədər də güclü silkələnər. 5.2 bal gücündə olan zəlzələ heç də güclü zəlzələ deyil. Orada proses belədir ki, yerin dərin qatında olduğuna görə, qorxulu hesab edilmir. İtki də olmayıb.

Ənvər Əliyev sonda vurğulayıb ki, istənilən an belə hadisə baş verə bilər. Və nəticəsi də onun maqnitudası, hansı dərinlikdə olmasından asılı olduğuna görə hiss etmək olmur. Ümumiyyətlə, zəlzələ planetin ən müthiş hadisəsi olmasına baxmayaraq, alimlər üçün olduqca qapalı bir aləmdir. Bu barədə dəqiq söz demək mümkün deyil. Əgər zəlzələ üst qatda, 10 km dərinlikdə olsa idi daha dağıdıcı olardı. Vətəndaşla deyə bilərəm ki, çalışın harada yerləşdiyinizi yaxşı qiymətləndirəsiniz. Çalışın, tikdiyiniz hər bir tikintiyə diqqət yetirəsiniz.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər