Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

İtkin kimi qeydiyyatda olan Azərbaycan vətəndaşılarının sayı açıqlandı

11.06.2026 16:41 324
İtkin kimi qeydiyyatda olan Azərbaycan vətəndaşılarının sayı açıqlandı
İtkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı humanitar nəticələrindən biri olaraq qalır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” də bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Birinci Qarabağ müharibəsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır.

O vurğulayıb ki, minlərlə ailə yaxınlarının taleyi və harada olması barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum şəkildə qeyri-müəyyənlik içində yaşamağa davam edir.

Prezidentin köməkçisi bildirib ki, davam edən axtarış, qazıntı və identifikasiya işləri nəticəsində 889 insan qalıqları ekshumasiya edilib, 313 itkin şəxsin kimliyi DNT və məhkəmə-tibbi analizlər vasitəsilə müəyyən olunub, 226 nəfərin qalıqları isə dəfn üçün ailələrinə təhvil verilib.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarın aşkarlanması humanitar faciənin miqyasına dair əlavə sübutlar təqdim edir və itkin şəxslərin taleyinin aydınlaşdırılması üçün davamlı əməkdaşlığın zəruriliyini göstərir. İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil. Bu, həm də ədalət, insan ləyaqəti, barışıq və davamlı sülh məsələsidir. Müəyyən edilən hər bir şəxs bir ailəni yaxınına yaxınlaşdırır. Tapılan hər bir insan qalığı həqiqətin bərpasına və yaddaşın qorunmasına xidmət edir”, - Hikmət Hacıyev əlavə edib.

Son xəbərlər