Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər

10.06.2026 21:55 516
Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların davam etdiyini və mümkün razılaşmanın yaxın günlərdə imzalana biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, Nyu-Yorkda NBA finalından qayıdan təyyarəyə minməzdən əvvəl jurnalistlərə açıqlama verən Tramp İranla müzakirələrin intensiv şəkildə davam etdiyini qeyd edib. O, yaxın bir-iki gün ərzində prosesin gedişi ilə bağlı daha aydın mənzərə formalaşacağını deyib.

Tramp həmçinin sanksiya və təzyiq siyasətinin “100 faiz effektiv” olduğunu iddia edib və İsrailin Baş naziri Benyamin Netanyahu ilə “çox yaxşı görüş” keçirdiyini vurğulayıb.

Onun sözlərinə görə, İran və İsrail onun vasitəçiliyi ilə hücumların dayandırılması barədə ilkin razılığa gəlib və “nüvə silahına icazə verməyəcək güclü bir razılaşmanın son mərhələsinə” yaxınlaşılıb.

ABŞ Prezidenti razılaşmanın imzalanacağı təqdirdə Hörmüz boğazının açılacağını da bildirib və sənədin 2–3 gün ərzində rəsmiləşə biləcəyini əlavə edib.

Eyni zamanda İsrail mediası Baş nazir Netanyahunun Trampın xahişi ilə İrana qarşı hücumları dayandırmağa razılaşdığını, lakin Livana qarşı əməliyyatların davam etdiyi barədə məlumat yayıb.

Bununla belə, 7 iyunda İsrail ordusunun Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava zərbəsi endirdiyi bildirilir. İran tərəfi isə bu hücuma cavab veriləcəyini açıqlayıb.

Son gecə ərzində İrandan atılan raketlər İsrailin şimalında bir neçə şəhərdə hava həyəcan siqnallarının işə düşməsinə səbəb olub. İsrail ordusu isə qərb və mərkəzi İran ərazilərinin hədəf alındığını açıqlayıb, Tehran isə buna raketlərlə cavab verib.

Məlumatlara görə, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını elan edib.

Son xəbərlər