Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Yeniyetmənin ölümündə təqsirləndirilən şəxsə 15 il həbs verildi

10.06.2026 17:00 249
Yeniyetmənin ölümündə təqsirləndirilən şəxsə 15 il həbs verildi
Ötən il Sumqayıtda özünü binanın 15-ci mərtəbəsindən atan oğlanla bağlı dəhşətli faktlar üzə çıxıb.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, 16 yaşlı C.A.-nın ölümü ətrafında aparılan araşdırma yeni detalları üzə çıxarıb.

İstintaqla müəyyən edilib ki, yeniyetmə sosial şəbəkədə tanış olduğu 24 yaşlı şəxs tərəfindən şantaj edilib. Sonradan o, yeniyetməyə qarşı hədə-qorxu ilə tələblər irəli sürüb, onun "Instagram" hesabını ələ keçirərək rüsvayedici məlumatlar yayıb.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs yeniyetməyə qarşı amansız rəftar edib və ona "Get, özünü as", - deyərək intihara sövq edib. Nəticədə yeniyetmə gecə saatlarında özünü yaşayış binasının 15-ci mərtəbəsindən ataraq həyatına son qoyub.

Davam edən istintaq isə təqsirləndirilən şəxsin eyni üsulla başqa yeniyetməni də şantaj etdiyini üzə çıxarıb. 15 yaşlı həmin zərərçəkmiş başına gətirilənləri etiraf edib.

Müttəhim isə ittihamları qəbul etməyib. N.A. heç kimi hansısa cinayətə məcbur etmədiyini, 70 gün sonra aparılan ekspert rəyi əsasında ona ittiham verildiyini əsas gətirərək bəraət istəyib.

Yekunda məhkəmə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin intihara sövq etmə, yetkinlik yaşına çatmayan şəxslərə qarşı ağır cinayət xarakterli başqa əməllər törədilməsi ilə bağlı ittihamları sübuta yetirilmiş hesab edib.

Məhkəmənin hökmü ilə N.A. cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner