Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

"Son zəng" bu il neçə nəfər üçün səslənəcək?

10.06.2026 15:54 255
Azərbaycan məktəblərində "Son zəng” tədbirləri iyunun 13-də keçiriləcək.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ölkənin ümumi təhsil müəssisələrinin XI siniflərini təxminən 116 min şagird bitirir. Paytaxt məktəblərində isə bu il 37 222 nəfər məzun olur.

Nazirliyin təhsil müəssisələrinə göndərdiyi təlimata əsasən, "Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində saat 09:00-da başlamalı və ən gec iki saat ərzində başa çatdırılmalıdır.

Tədbirdə I və XI sinif şagirdlərinin valideynləri (qəyyumları və ya himayəçiləri), təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ), asayişin qorunması üçün əvvəlcədən müəyyən edilmiş polis əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də məktəbin ictimai-sosial həyatında fəal iştirak edən valideynlər iştirak edə bilərlər.

Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış qaydalarına da xüsusi yer ayrılıb. Qeyd olunub ki, şagirdlər tədbirdə məktəbli formasında iştirak etməli, məzunların xarici görünüşü təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağının müşayiəti ilə himnin səsləndirilməsinə yol verilir.

Sənədə əsasən, tədbir zamanı dəvət olunmuş rəsmi şəxslər üçün xüsusi hazırlıq işləri aparılmamalı, masalarda yalnız içməli su yerləşdirilməlidir. Həmçinin həmin şəxslərə gül dəstələri və hədiyyələrin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi isə yalnız məktəbin daxili imkanları hesabına təşkil edilməlidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də "Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Qurum onları məsuliyyətli davranmağa çağıraraq bildirib ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və avtomobili idarə etmək hüququna xüsusi diqqət yetirilməlidir.

Müraciətdə vurğulanıb ki, "Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim edilməməlidir.

Dövlət Yol Polisi xəbərdarlıq edib ki, belə halların aşkar edilməsi zamanı qanunvericiliyə uyğun tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner