Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Rigs" otelində 2000 manatlıq oğurluq

09.06.2026 21:04 366
Bakıda fəaliyyət göstərərn "Rigs” otelində oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, oteldə gecələyən turistlərdən birinin 2000 manatı oğurlanıb.

Zərəçəkmişin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Səbail Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs isə məhkəmədə ittihamla qismən razılaşıb və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, həmin gecə dostu ilə birlikdə "Rich Life” klubunda olduqlarını, daha sonra isə tanış olduqları şəxslərlə "Rigs” otelinə getdiklərini bildirib. Müəttəhimin sözlərinə görə, o, götürdüyü məbləğin bir hissəsini xərclədiyini, qalan hissəsini isə geri qaytarmaq niyyətində olduğunu deyib.

Zərərçəkmiş şəxs Y.İ. ifadəsində Bakıya turist kimi gəldiyini, həmin gecə klubda tanış olduğu şəxslərlə birlikdə otelə getdiyini və daha sonra cibində olan 2000 manat pulun itdiyini bildirib. O, pulun oğurlandığını müəyyən edərək hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.

Digər şahidlərin ifadələrinə əsasən, tərəflər həmin gecə birlikdə "Rigs” otelində olublar və hadisələr eyni zaman kəsiyində baş verib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun müxtəlif vaxtlarda tutulduğu müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 8 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər