Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ

09.06.2026 18:56 417
Belçikalı hücumçu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

31 yaşlı sabiq futbolçu qərarını sosial şəbəkə hesabında etdiyi paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb. O, futbol həyatında qarşısına qoyduğu məqsədlərə çatdığını, uşaqlıq arzularını reallaşdırdığını və ən böyük arenalarda çıxış etmək şansı qazandığını bildirib.

Oriqi ona dəstək olan azarkeşlərə, çıxış etdiyi klublara, məşqçilərə, komanda yoldaşlarına və ailəsinə təşəkkür edərək, futbol karyerasının onun həyatında xüsusi yer tutduğunu vurğulayıb. Keçmiş hücumçu artıq həyatının yeni mərhələsinə qədəm qoyduğunu da qeyd edib.

Karyerası ərzində Liverpool "Milan", "Lill" və "Volfsburq" kimi komandaların formasını geyinən futbolçu ümumilikdə 371 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 70 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Oriqinin ən uğurlu dönəmi isə 2014-2022-ci illərdə "Liverpul"da keçirdiyi illər hesab olunur. Hücumçu həmin müddətdə İngiltərə təmsilçisi ilə bir sıra nüfuzlu titullar qazanaraq klub tarixində yaddaqalan futbolçulardan birinə çevrilib.

Son xəbərlər