Mojo.az Banner
18:42 Hacıqabulda açıq ərazidə yanğın baş verib - Video  |     18:28 Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?  |     18:24 Gəncədə qəzalı yataqxanaların sakinləri köçürülür: Narazı qalanlar var - Video  |     18:16 Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək (FƏRMAN)  |     18:09 Ceyhun Bayramovdan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ  |     18:02 Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi  |     17:33 Novxanıda əməliyyat: Gizli narkobunker aşkarlandı - Video  |     17:29 1, 3 və 5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA  |     17:06 Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verildi  |     16:54 Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     16:36 Sabahdan lisey və gimnaziyalara qəbul başlayır  |     16:24 İçərişəhərdə şortikə görə gənci təhqir edən şəxs üzr istədi - Video  |     16:12 Sabah Şəkinin iki kəndində qaz kəsiləcək  |     16:02 İrandan İsrailə qarşı əməliyyatla bağlı YENİ BƏYANAT  |     15:58 Ekspert yeni gömrük qaydalarını izah edir: Xaricdən sifariş verənləri nə gözləyir?  |     15:28 Su polisi əməliyyat keçirdi  |     14:59 Ceyhun Bayramov İstanbulda Hakan Fidanla görüşüb  |     14:53 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü  |     14:36 Aşuranın vaxtı açıqlanıb  |     14:33 Goranboyda AĞIR QƏZA: ÖLƏNLƏR və yaralılar var  |    
Left Banner
Right Banner

Ekspert yeni gömrük qaydalarını izah edir: Xaricdən sifariş verənləri nə gözləyir?

08.06.2026 15:58 138
Ekspert yeni gömrük qaydalarını izah edir: Xaricdən sifariş verənləri nə gözləyir?
2026-cı il iyunun 1-dən etibarən xaricdən məhsul sifariş edən vətəndaşlar üçün gömrük bəyannamələrinin təqdim olunması qaydalarında dəyişiklik edilib. Belə ki, "Smart Customs” və "e.customs.gov.az” sistemlərinə FİN və parol vasitəsilə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə imkanı ləğv olunub. Artıq elektron ticarət bəyannaməsinin təqdim edilməsi üçün "ASAN İmza”, SİMA rəqəmsal imza və ya "MYGOV/QR” identifikasiyası vasitəsilə təsdiqlənmiş giriş tələb olunur.

Bəs yeni qaydada real olaraq nə dəyişib və əvvəlki sistemdən əsas fərqlər nələrdir?

Qaynarinfo mövzunu UNEC Biznes Məktəbinin müəllimi, "Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyevlə müzakirə edib.

Ekspert bildirib ki, dəyişiklik xaricdən məhsul sifarişi imkanlarına və mövcud güzəştlərə təsir etmir:

"Adi vətəndaş üçün "Temu”, "Trendyol”, "Amazon” və digər platformalardan sifariş vermək hüququ və aylıq 300 ABŞ dolları güzəşt limiti dəyişməyib. Bundan başqa, gömrük rüsumlarının hesablanması və karqo şirkətlərinin fəaliyyəti də dəyişməyib. Sadəcə, bəyannaməni təsdiqləyən şəxsin həqiqətən həmin şəxs olduğuna daha ciddi əmin olmaq üçün giriş mexanizmi dəyişib”
.

Elnur Quliyev yeni sistemin müsbət və mənfi tərəflərinə də toxunub:

"İlk olaraq qeyd etmək lazımdır ki, təhlükəsizlik artır. FİN kodu və sadə parolun başqasının əlinə keçməsi daha asan idi. Elektron imza və ya SİMA isə iki mərhələli identifikasiya rolunu oynayır. Bu da başqasının sizin adınıza bəyannamə verməsi riskini azaldır. Şəxsin dəqiq identifikasiyası ilə dövlət qurumları üçün kimin hansı məhsulu sifariş etdiyini və bəyan etdiyini daha dəqiq izləmək mümkün olur. Elektron hökumət sistemləri arasında inteqrasiya daha da rahatlaşır. MYGOV, SİMA və "ASAN İmza” son illərdə dövlət xidmətlərinin vahid rəqəmsal ekosisteminə çevrilir. Bu qərar da həmin siyasətin davamıdır.

Bu qərarın əsas mənfi tərəfi ondan ibarətdir ki, vətəndaşlar üçün əlavə identifikasiya mərhələsi yaranır və xüsusilə rəqəmsal xidmətlərdən az istifadə edən şəxslər ilkin dövrdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Həmçinin keçid mərhələsində texniki problemlər və ya yeni sistemə uyğunlaşma səbəbindən bəzi bəyannamələrin təqdim edilməsində gecikmələr baş verə bilər”.

Ekspert hesab edir ki, qərarın əsas məqsədi gömrük və vergi nəzarətinin daha da gücləndirilməsidir:

"Praktikada bəzi şəxslər başqalarının FİN məlumatlarından istifadə etməklə aylıq 300 dollar məbləğində tətbiq olunan güzəşt limitini faktiki olaraq aşmağa nail olurdular. Gücləndirilmiş elektron identifikasiya sistemi bu kimi halları xeyli çətinləşdirəcək və elektron ticarət əməliyyatlarının real istifadəçilərlə əlaqələndirilməsinə imkan verəcək.

Bununla yanaşı, dövlət "ASAN İmza” və SİMA kimi rəqəmsal identifikasiya alətlərini bütün elektron xidmətlərin əsas elementi kimi formalaşdırmağa çalışır. Yeni sistem həm şəffaflığı artırır, həm də gələcəkdə hər hansı hüquqi mübahisə yarandıqda bəyannamənin konkret olaraq kim tərəfindən təqdim edildiyini dəqiq müəyyən etməyə imkan verir”.

Elnur Quliyevin sözlərinə görə, dəyişikliklərin arxasında duran əsas strateji məqsəd elektron ticarət sahəsində istifadəçilərin daha dəqiq identifikasiyası və dövlət xidmətlərinin vahid rəqəmsal platformalara inteqrasiyasının sürətləndirilməsidir:

"Son illərdə dövlət xidmətlərində müşahidə olunan rəqəmsallaşma siyasətinin davamı kimi bu addım da eyni istiqamətə xidmət edir. Ümumilikdə qiymətləndirsək, dəyişiklik qısa müddətdə bəzi istifadəçilər üçün əlavə prosedur yaratsa da, uzunmüddətli perspektivdə elektron ticarət sisteminin daha təhlükəsiz və nəzarət olunan mühitə çevrilməsinə kömək edəcək. Bu səbəbdən söhbət xaricdən sifariş imkanlarının məhdudlaşdırılmasından deyil, elektron ticarətin idarə olunması və rəqəmsal təhlükəsizliyin gücləndirilməsindən gedir”.
скачать dle 11.3
Mojo.az Banner