Məşhur ağrıkəsicilər sağlamlığınıza zərər verə bilər: Problem nədir?
İbuprofen çox ucuz qiymətə apteklərdən reseptsiz əldə edilə bilən dərmanlardan biridir. O, qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİİP) qrupuna aiddir və iltihabı, şişkinliyi və ağrını azaltmaqla müvəqqəti olaraq vəziyyəti yüngülləşdirir.
Bu barədə "Mirror” yazır.
"Baxmayaraq ki, o simptomları yüngülləşdirə bilər, artritlə bağlı oynaq dəyişikliklərini, məsələn qığırdaqın zədələnməsi, sümüklərdə dəyişikliklər və oynaq iltihabını aradan qaldırmır. Bəzi insanlar ağrının idarə olunması üçün fiziki aktivlik, çəki itirmək və fizioterapiya kimi uzunmüddətli yanaşmalar əvəzinə ibuprofendən asılı olmağa başlaya bilər”, deyə Esseks Universitetinin dayaq-hərəkət sistemi üzrə aspirantura müəllimi Antoni Pol Smit bildirib.
Onun sözlərinə görə, preparatın asan əldə olunması onun təhlükəsiz olması demək deyil:
"Bir çox insan düşünür ki, reseptsiz satıldığı üçün ibuprofen zərərsizdir. Lakin ‘reseptsiz’ olması həmişə ‘aşağı risk’ demək deyil. Uzunmüddətli istifadənin əsas təhlükələrindən biri mədə qıcıqlanmasıdır. İbuprofen mədənin selikli qişasına zərər verə bilər və xora, eləcə də daxili qanaxma riskini artıra bilər. Bəzi insanlarda sadəcə həzmsizlik və ağrı yaranır, digərləri isə ciddi qanaxma baş verənə qədər bunu hiss etməyə bilər".
Mütəxəssis qeyd edib ki, risk yüksək dozada qəbul, həftələr və ya aylarla davam edən istifadə və 65 yaşdan yuxarı şəxslərdə daha da artır. O həmçinin bildirib ki, ibuprofen böyrəklərə də zərər verə bilər. QSİİP-lər böyrəklərdə qan dövranını azaldaraq onların normal fəaliyyətini poza bilər.
"İbuprofen təzyiqi yüksəldə, orqanizmdə maye yığılmasına səbəb ola və bəzi xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər”, deyə o əlavə edib.
Astmadan əziyyət çəkənlər üçün də risk mövcuddur. Bəzi astmalı insanlar QSİİP-lərə həssas olur və ibuprofen qəbulundan sonra nəfəs darlığı və ya xırıltı yaşaya bilər.
Antoni Smit həmçinin bir neçə dərmanın eyni vaxtda qəbulunun təhlükəli olduğunu vurğulayıb.
"İbuprofenin təzyiq dərmanları, qan durulaşdırıcılar, antidepressantlar və ya bəzi diabet dərmanları ilə birlikdə qəbulu ağırlaşma riskini artıra və ya digər dərmanların təsirini azalda bilər. Bu o demək deyil ki, ibuprofen ümumiyyətlə istifadə olunmamalıdır. Qısa müddətli və minimal dozada istifadəsi bir çox insana kömək edə bilər. Lakin həkim məsləhəti olmadan uzunmüddətli istifadəsi narahatlıq doğurur”, deyə Smit bildirib.
İbuprofenə alternativlər
Smitin sözlərinə görə, ağrı və hərəkət məhdudiyyətinin azaldılması üçün alternativ üsullar mövcuddur. Bunlara fiziki məşqlər daxildir.
"Bu, ağrı hiss edən insanlar üçün məntiqsiz görünə bilər, lakin ağrılı oynaqlar ətrafındakı əzələlərin gücləndirilməsi təzyiqi azaldır, hərəkətliliyi yaxşılaşdırır və zamanla simptomları yüngülləşdirə bilər. Gəzinti, velosiped sürmə, üzgüçülük və müqavimət məşqləri faydalıdır. Çəkinin nəzarətdə saxlanılması da xüsusilə diz və bud ağrılarında vacibdir, çünki bədən çəkisinin azalması oynaqlara düşən yükü azaldır”, deyə ekspert qeyd edib.
//qaynar.a