Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Alla Puqaçova məhkəmədə qalib gəldi

06.06.2026 13:59 735
Alla Puqaçova məhkəmədə qalib gəldi
Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib.

Bu barədə müğənninin maraqlarını təmsil edən hüquqşünaslar meduza.io-ya bildiriblər.

İddianın səbəbi Puqaçovanın jurnalist Katerina Qordeyeva ilə 2025-ci ilin sentyabrında "YouTube"da yayımlanan müsahibəsi olub. Borodinin fikrincə, müsahibənin 8 saniyəlik hissəsi onun şərəf və ləyaqətini ləkələyir. Həmin hissədə Puqaçova deyir: "Borodin, hazır ol! "Donos"çular və satqınlar, diqqətli olun!"

Borodin müğənnidən təkzib, beş milyon rubl (təxminən 115 330 manat - red.) məbləğində kompensasiya və videonun silinməsini tələb edib.

Müğənninin vəkili bildirib ki, iddia "şifahi replikanın təhrif olunmuş yazılı fiksasiyası" üzərində qurulub.

"Hesab edirik ki, "donosçular və satqınlar" sözləri birbaşa Borodinə yönəlməyib. Ona qarşı yalnız "Borodin, hazır ol" ifadəsi səsləndirilib - bunu linqvist ekspertlər də təsdiqləyib. Bundan başqa, bu, onun dövlət orqanlarına etdiyi çoxsaylı müraciətlərlə bağlı faktlara əsaslanan tənqidi qiymətləndirmədir. Borodin özü də bu barədə dəfələrlə açıq şəkildə danışıb", - deyə müğənninin nümayəndələri bildiriblər.

Məhkəmədə Borodin bildirib ki, heç vaxt onun ictimai şəkildə "donosçu" və ya "satqın" adlandırıldığını eşitməyib. Buna cavab olaraq hüquqşünaslar mediada onun bu cür adlandırıldığı 80 səhifəlik material təqdim ediblər.

Borodin öz "Telegram" kanalında qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Son xəbərlər