Orta yaşlı ailələr niyə boşanır? — Vəkil və psixoloq rəyi
Son illər Azərbaycanda boşanma hallarının artması cəmiyyətin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Daha çox gənc ailələr arasında müşahidə olunan ayrılıqlar artıq orta yaşlı və uzunillik ailə həyatı yaşayan cütlüklər arasında da geniş yayılıb.
Boşanma zamanı tərəfləri düşündürən əsas məsələlərdən biri də əmlak bölgüsü və yaşayış hüquqlarıdır.
Əgər orta yaşlı nəsil boşanan zaman ev ər və ya qadın tərəfindən nikahdan əvvəl alınıbsa, digər tərəfin həmin əmlakda pay tələb etmək və yaşayış hüququ varmı? Yaxud da həmin evdə qeydiyyatı varsa, boşanmaq istəyən tərəf evdən pay vermək və yaşamaq hüququ vermək istəmirsə proses necə həyata keçirilir?
Boşanma zamanı əmlak bölgüsü hansı prinsiplər əsasında aparılır?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran vəkil Xəzər Həsənov bildirib ki,bu suala cavab verməzdən əvvəl bir məsləni dəqiqlşdirməli
yik. "Nikahdan əvvəl alınan ev kimin mülkiyyətindədir? Əgər ər və ya arvaddan birinin mülkiyyətindədirsə, o zaman Nikahdan əvvəl alınan evdən qarşı tərəfin pay tələb etmək hüququ yalnız həmin əmlakın yaxşılaşdırılmasına çəkilən xərcin yarısı qədər mümkündür. Çünki burada birgə təsərrüfat məsləsi ortaya çıxır. Yəni həmin sazlaşmaya, yaxşılaşmaya çəkilən xərcin 50% qədər mümkündür. Yenə də burada sübutetmə ortaya çıxır", — deyə vəkil əlavə edib.
X. Həsənovun sözlərinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
Vəkil qeyd edib ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Vəkil vurğulayıb ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

"Ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır.
Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir
Əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır
Ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər".
"Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında və mübahisə varsa məhkəmə qaydasında bölünə bilər. Belə saziş əmlakın bölünməsinə dair ikitərəfli əqddir və müqavilə hüququnun ümumi qaydalarına tabedir. Qeyd olunan sazişin şərtlərinin yerinə yetirilməməsindən yaranan mübahisə məhkəmə qaydasında həll olunur.
Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir.
Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 80.000 manat olan iki mənzil, 40.000 manat qiyməti olan torpaq sahəsi, 30.000 manatlıq avtomobil və ərin adına olan 35.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 185.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 92.500 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir", — vəkil sonda yekunlaşdırıb.
Median.Az mövzu ilə bağlı psixoloqdan da açıqlama alıb.
Belə ki, son illərdə gənclərlə yanaşı boşanma hallarının orta yaşlı ailələr arasında da artmasının əsas səbəblərini açıqlayan psixoloq Dilruba Həsənova açıqlamasında deyib:
"Bəli, mənim də son dövrlərdə olan bu vəziyyət diqqətimi çəkir. Onların çoxu boşanmaq qərarını bir neçə ayın və ya bir ilin problemi ilə vermirlər. Adətən, bu qərarın arxasında illərlə yığılan emosional uzaqlıq, həll olunmamış konfliktlər dayanır.Psixoloji baxımdan bu insanlar uzun illər ərzində daha çox valideyn, həyat yoldaşı və ya ailə üzvü rolunda yaşayıblar. Öz ehtiyaclarını, arzularını və narazılıqlarını isə arxa plana keçiriblər. Müəyyən yaşdan sonra isə insan öz həyatına daha realist baxmağa başlayır. Düşünür ki, həyatın böyük hissəsi artıq geridə qalıb və qalan illəri necə yaşamaq istədiyi ilə bağlı daha ciddi qərarlar verməyə başlayır".
Onun sözlərinə əsasən, sosial səbəblər də az deyil. Əvvəlki nəsil üçün boşanmaq çox ağır sosial nəticələr yaradırdı. Cəmiyyətin qınağı, iqtisadi asılılıq, ailənin və qohumların təzyiqi insanları münasibətdə qalmağa məcbur edirdi. Bu gün isə cəmiyyət müəyyən qədər dəyişib. İnsanlar şəxsi rifahın və psixoloji sağlamlığın da dəyər olduğunu daha çox qəbul etməyə başlayıblar.
Məncə, burada yeni nəslin də təsiri var. Bu gün övladlar valideynlərinə əvvəlki kimi "nəyin bahasına olursa olsun ailəni qoruyun" demirlər. Əksinə, çox zaman onlara emosional dəstək verirlər və xatırladırlar ki, onların da xoşbəxt yaşamaq haqqı var.
"Bəzən valideynin illərlə ata bilmədiyi addımı atmasına məhz övladlarının dəstəyi kömək edir", — deyə psixoloq əlavə edib.
Digər vacib məqama toxunan Dilruba Həsənova qeyd edib ki, uşaqlar böyüyüb öz həyatlarını qurduqdan sonra ailəni bir yerdə saxlayan əsas məsuliyyət azalır. İnsanlar ilk dəfə münasibətə "uşaqlar üçün" yox, "özümüz üçün" baxmağa başlayırlar. O zaman da bəziləri anlayır ki, onları bir yerdə saxlayan sevgi və yaxınlıq deyil, daha çox vərdiş, məsuliyyət və illərin yaratdığı bağlılıq olub.
Ona görə də mən yaşlı yaşda baş verən boşanmaları həmişə ailənin dağılması kimi qiymətləndirmirəm. Bəzən bu, illərlə susmuş, özünü ikinci plana atmış insanların nəhayət öz həyatları ilə bağlı seçim etməsi və özlərinə "mən necə yaşamaq istəyirəm?" sualını verməsidir. Düzdür, bu hərəkətlər bir mənalı qarşılanmır amma ailənin daxilində müşahidə aparanda görürsən ki, onsuz da ailənin adı qalıb, gerçək ailədən isə əsər-əlamət yoxdur", — deyə psixoloq deyib.
"Belə ailələrdə yaxşı heç nə olmur, sərhədlər, mənəvi dəyərlər, adət-ənənələr darmadağın olur. İnsanlara yaxşı görünmək üçün bir yerə qədər çalışırlar. Əvvəlki nəsil buna çox ciddi yanaşırdı və ciddi qəbul edirdi. Bu gün bu prinsip azalıb. İnsanlar şəxsi mövqeyini sərgiləyir başqalarını düşünmək istəmirlər", — deyə D. Həsənova sonda vurğulayıb.
Median.Az
Dəniz Pənahova
Boşanma zamanı tərəfləri düşündürən əsas məsələlərdən biri də əmlak bölgüsü və yaşayış hüquqlarıdır.
Əgər orta yaşlı nəsil boşanan zaman ev ər və ya qadın tərəfindən nikahdan əvvəl alınıbsa, digər tərəfin həmin əmlakda pay tələb etmək və yaşayış hüququ varmı? Yaxud da həmin evdə qeydiyyatı varsa, boşanmaq istəyən tərəf evdən pay vermək və yaşamaq hüququ vermək istəmirsə proses necə həyata keçirilir?
Boşanma zamanı əmlak bölgüsü hansı prinsiplər əsasında aparılır?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran vəkil Xəzər Həsənov bildirib ki,bu suala cavab verməzdən əvvəl bir məsləni dəqiqlşdirməli
yik. "Nikahdan əvvəl alınan ev kimin mülkiyyətindədir? Əgər ər və ya arvaddan birinin mülkiyyətindədirsə, o zaman Nikahdan əvvəl alınan evdən qarşı tərəfin pay tələb etmək hüququ yalnız həmin əmlakın yaxşılaşdırılmasına çəkilən xərcin yarısı qədər mümkündür. Çünki burada birgə təsərrüfat məsləsi ortaya çıxır. Yəni həmin sazlaşmaya, yaxşılaşmaya çəkilən xərcin 50% qədər mümkündür. Yenə də burada sübutetmə ortaya çıxır", — deyə vəkil əlavə edib.X. Həsənovun sözlərinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
Vəkil qeyd edib ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Vəkil vurğulayıb ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
"Ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır.
Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir
Əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır
Ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər".
"Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında və mübahisə varsa məhkəmə qaydasında bölünə bilər. Belə saziş əmlakın bölünməsinə dair ikitərəfli əqddir və müqavilə hüququnun ümumi qaydalarına tabedir. Qeyd olunan sazişin şərtlərinin yerinə yetirilməməsindən yaranan mübahisə məhkəmə qaydasında həll olunur.
Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir.
Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 80.000 manat olan iki mənzil, 40.000 manat qiyməti olan torpaq sahəsi, 30.000 manatlıq avtomobil və ərin adına olan 35.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 185.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 92.500 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir", — vəkil sonda yekunlaşdırıb.
Median.Az mövzu ilə bağlı psixoloqdan da açıqlama alıb.
Belə ki, son illərdə gənclərlə yanaşı boşanma hallarının orta yaşlı ailələr arasında da artmasının əsas səbəblərini açıqlayan psixoloq Dilruba Həsənova açıqlamasında deyib:
"Bəli, mənim də son dövrlərdə olan bu vəziyyət diqqətimi çəkir. Onların çoxu boşanmaq qərarını bir neçə ayın və ya bir ilin problemi ilə vermirlər. Adətən, bu qərarın arxasında illərlə yığılan emosional uzaqlıq, həll olunmamış konfliktlər dayanır.Psixoloji baxımdan bu insanlar uzun illər ərzində daha çox valideyn, həyat yoldaşı və ya ailə üzvü rolunda yaşayıblar. Öz ehtiyaclarını, arzularını və narazılıqlarını isə arxa plana keçiriblər. Müəyyən yaşdan sonra isə insan öz həyatına daha realist baxmağa başlayır. Düşünür ki, həyatın böyük hissəsi artıq geridə qalıb və qalan illəri necə yaşamaq istədiyi ilə bağlı daha ciddi qərarlar verməyə başlayır".Onun sözlərinə əsasən, sosial səbəblər də az deyil. Əvvəlki nəsil üçün boşanmaq çox ağır sosial nəticələr yaradırdı. Cəmiyyətin qınağı, iqtisadi asılılıq, ailənin və qohumların təzyiqi insanları münasibətdə qalmağa məcbur edirdi. Bu gün isə cəmiyyət müəyyən qədər dəyişib. İnsanlar şəxsi rifahın və psixoloji sağlamlığın da dəyər olduğunu daha çox qəbul etməyə başlayıblar.