Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

General Ermənistan vətəndaşlığından imtina etdi

07.09.2026 19:56 309
General Ermənistan vətəndaşlığından imtina etdi
Respublika Silahlı Qüvvələrinin yaradılmasında öncülük edən SSRİ və Ermənistanın general-leytenantı Norat Ter-Qriqoryants ölkəsinin pasportundan imtina edib.

Bu barədə o, "İravunk" qəzetinə verdiyi müsahibədə bildirib.

"Konsulluğa gedib Ermənistan Respublikası pasportumu qaytardım. Onlar təəccüblə məndən soruşdular: Cənab Ter-Qriqoryants, nə edirsiniz?' Mən də cavab verdim: Ermənistanda hakimiyyətə bir ovuc qalan ermənini satan və türklərin köməyi ilə onları məhv etmək istəyən insanlar gəlibsə, mən nə etməliyəm?", - deyə o qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı deyib ki, o, artıq vətəndaşlıqdan məhrum edilib. Bu fonda o, respublikada yaşayan qohumları ilə vidalaşıb və bir daha vətəninə qayıtmayacağını vurğulayıb.//unikal.az

Son xəbərlər