Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobusda yer mübahisəsi: Qadın-kişi qarşıdurması haradan qaynaqlanır?

05.06.2026 20:31 363
Avtobusda yer mübahisəsi: Qadın-kişi qarşıdurması haradan qaynaqlanır?
Son vaxtlar Bakının ictimai nəqliyyatında, xüsusilə avtobuslarda qadın və kişilər arasında oturacaq (yer) üstündə yaranan mübahisələr tez-tez müşahidə olunur. Demək olar ki, hər gün sərnişinlər arasında bu tip gərginliklərə rast gəlinir.

Bəzi hallarda qadınlar boş oturacaq görmədikdə, xüsusilə kişilərin oturduğunu müşahidə edəndə müxtəlif iradlar səsləndirirlər: "mədəniyyəti yoxdur”, "evində anasına, arvadına da hörmət etmir”, "yazıq onun ailəsinə” kimi eyhamlar avtobusun müxtəlif hissələrinə yayılır. Bu isə digər sərnişinlər arasında da gərgin ab-hava yaradır. Nəticədə bəzi kişilər ictimai təzyiq hiss edərək yerindən qalxmağa məcbur olurlar.

Belə vəziyyətlərdə yaranan sual isə dəyişmir: qadın və kişi arasında ictimai nəqliyyatda yer mübahisələri qanunvericiliklə necə tənzimlənir?

Hüquq müdafiəçisi Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında cəmiyyətin davranış modelinə diqqət çəkib.

Onun sözlərinə görə, Azərbaycanda formalaşmış ənənəyə əsasən, yaşından asılı olmayaraq qadına, kişiyə və uşağa ictimai nəqliyyatda yer vermək mədəni davranış kimi qəbul olunur:

"Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, yaşlı qadın, kişi və ya uşaq görəndə gənclər ayağa qalxıb yer verməlidir. Bu, hörmət əlaməti kimi qəbul olunur. Lakin bərabər hüquqlardan danışırıqsa, qadın və kişi əmək bazarında eyni mövqedədirsə, bu məsələyə fərqli yanaşmaq lazımdır. Kişidən yer tələb etmək bəzən zəiflik göstəricisi kimi qəbul oluna bilər. Əslində isə mübahisəyə ehtiyac yoxdur”.

O həmçinin qeyd edib ki, qadınların iş və ev yükü daha çox olduğu üçün ictimai nəqliyyatda yorğunluqlarının nəzərə alınması vacibdir:

"Qadın işdən sonra evdə də çalışır, bu yük bəzən gecəyə qədər davam edir. Bu baxımdan kişilərin anlayış göstərməsi daha doğru olar. Amma qadının səs-küylə yer tələb etməsi də düzgün deyil. Sakit şəkildə davranış daha çox nəticə verir”.

Digər hüquq müdafiəçisi Əkrəm Həsənov isə məsələni hüquqi çərçivədən izah edib.

Onun sözlərinə görə, qanunvericilikdə ictimai nəqliyyatda qadına və kişiyə xüsusi üstünlük verilməsi ilə bağlı norma yoxdur:

"Qanun yalnız fiziki məhdudiyyətli şəxslərə, yaşlılara və hamilə qadınlara yer verilməsini tələb edir. "Qadınam, mənə yer verilməlidir” kimi bir hüquqi əsas mövcud deyil. Bu daha çox mədəniyyət və mentalitet məsələsidir”.

O əlavə edib ki, bu gün cəmiyyətdə ənənəvi davranış modelləri zəifləməkdədir:

"Bir tərəf bərabərlik tələb edir, digər tərəf isə ənənəvi hörmət davranışının qalmasını istəyir. Bu ziddiyyət də ictimai nəqliyyatda belə mübahisələrə səbəb olur. Ona görə məsələyə birmənalı qiymət vermək çətindir”.

Son xəbərlər