Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026 20:23 375
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər
"Bakının Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində söküntü və yenidənqurma işləri davam etdirilir. Bu proses bəzi hallarda parkların, yaşıllıq zonalarının, sosial təyinatlı obyektlərin və yol infrastrukturunun yaradılması məqsədi daşıyır".

Bunu Baku.ws-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, digər ərazilərdə isə köhnə tikililərin yerində yeni yaşayış binaları inşa olunur:

"Söküntü prosesləri zamanı vətəndaşların mənzil təminatı və kompensasiya məsələləri xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə kompensasiya mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub. Təkliflərdən biri sahəsi kiçik olan mənzillər üçün fərqli yanaşmanın tətbiq edilməsidir.

Xüsusilə sahəsi 30 kvadratmetrə qədər olan mənzillərin sahibləri üçün kompensasiya məbləğinin xüsusi əmsalla hesablanması təklif edilir. Çünki mövcud təcrübədə kiçik sahəli mənzillərə görə ödənilən kompensasiyalar bir çox hallarda həmin ərazidə və ya ona yaxın zonalarda yeni mənzil almaq üçün kifayət etmir. Xüsusi əmsalın tətbiqi isə bu kateqoriyadan olan vətəndaşların daha yüksək kompensasiya əldə etməsinə və mənzil problemini daha rahat həll etməsinə imkan yarada bilər".

Son xəbərlər