Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xörək duzunun orqanizmə təsiri: Gündəlik norma nə qədər olmalıdır?

05.06.2026 12:12 807
Xörək duzunun orqanizmə təsiri: Gündəlik norma nə qədər olmalıdır?
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O, maddələr mübadiləsi proseslərində, həmçinin sinir sisteminin, əzələlərin fəaliyyətində və orqanizmdə su balansının tənzimlənməsində mühüm rol oynayır.

Bu barədə "T-online" portalında dərc olunan materialda məlumat verilib.

Həkimlər qeyd edirlər ki, duz orqanizm üçün gündəlik tələbat olsa da, onun istehlakı mütləq norma daxilində qalmalıdır. Yetkin bir insanın gündəlik minimum tələbatı təxminən 1.4 qramdır. Tövsiyə olunan yuxarı hədd isə sutkada 3.8-6 qram (təxminən bir çay qaşığı) aralığında dəyişir.

Tövsiyələrə baxmayaraq, bir çox insan normadan xeyli artıq duz istehlak edir. Mütəxəssislər əhalinin, xüsusən də uşaqlar və yeniyetmələrin bu normanı mütəmadi olaraq aşdığını vurğulayırlar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri də duzdan həddindən artıq istifadənin sağlamlıq üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edirlər. Təşkilatın məlumatına görə, duzun normadan çox qəbulu arterial təzyiqin yüksəlməsinə və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər. Bundan əlavə, duz normadan artıq olduqda böyrəklərə əlavə yük düşür, bağırsaq mikroflorası pozulur və maddələr mübadiləsində problemlər yaranır. Bəzi tədqiqatlar, həmçinin yüksək duz istehlakı ilə mədə xəstəlikləri arasında əlaqə olduğunu göstərir.

Mütəxəssislər xatırladırlar ki, duz təkcə xörəklərə əlavə etdiyimiz şəkildə deyil, həm də bir çox hazır qida məhsullarının tərkibində mövcuddur. Buna görə də sağlamlıq üçün qidalanma rasionunu nəzarətdə saxlamaq xəstəliklərin profilaktikasında əsas şərtdir.

Son xəbərlər