Mojo.az Banner
SON DƏQİQƏ
20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Az duz qəbul etmək bir çox xəstəlik riskinin qarşısını alır

21.05.2024 14:02 1 422
Az duz qəbul etmək bir çox xəstəlik riskinin qarşısını alır
Duzun orqanizmdə maye balansının və qan təzyiqinin tənzimlənməsində, turşu-qələvi balansının qorunmasında və sinir-əzələ sistemində stimulların ötürülməsində böyük əhəmiyyəti var.

Median.Az
xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq duz istehlakı insan sağlamlığına mənfi təsir göstərir. Dünyada ölüm hallarının yarıdan çoxu qeyri-infeksion xəstəliklərdən qaynaqlandığı halda, onların 30 faizi ürək-damar xəstəlikləridir. Bu xəstəliklər üçün ən əhəmiyyətli dəyişdirilə bilən risk faktorları qeyri-sağlam qidalanma, o cümlədən həddindən artıq duz istehlakı, fiziki fəaliyyətin olmaması, siqaret və spirt istifadəsidir.

Yüksək qan təzyiqi (hipertoniya) dünyadakı bütün ölümlərin 13 faizindən məsuldur. Qan təzyiqi səviyyəsini təyin edən ən vacib amil duzun miqdarıdır.

Gündə 2 qramdan çox yüksək natrium və ya gündə 5 qramdan çox duz istehlakı yüksək təzyiq, ürək xəstəliyi və insult riskini artırır. Buna görə duz istehlakını azaltmaq lazımdır.

Duz istehlakının azaldılması qan təzyiqinin aşağı salınmasında və insult, ürək-damar və böyrək xəstəlikləri riskinin azaldılmasında ən təsirli üsullardan biridir. Gündə 5 qramdan az duz qəbulu insult riskini 23 faiz, ürək-damar xəstəliklərinin ümumi faizini isə 17 faiz azaldır.

Bir çox Avropa ölkələrində gündəlik duz istehlakı 8-11 qramdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu miqdarı gündə 5 qram olaraq tövsiyə edir.
//azxeber.comскачать dle 11.3

Son xəbərlər