Mojo.az Banner
18:33 Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...  |     18:25 Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq  |     18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |     18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |     17:52 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi  |     17:51 Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"  |     17:42 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər  |     17:40 Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi vaxt açıqlandı  |     17:14 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB  |     15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |    
Left Banner
Right Banner

Dubaydakı konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür

04.06.2026 16:13 483
Dubaydakı konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb.

Median.Az
xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Konsulluqdan bildirilib.

Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır:

"Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə müvafiq işlər aparılır. Baş Konsulluq mandatına uyğun olaraq zəruri tədbirləri görməkdədir".

Qeyd edək ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu deyilir.

Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası Şeyx Səidə verilməsi barədə qərar çıxardığı məlumdur. Sözügedən sənəddə zərurət yaranacağı təqdirdə hökmün "məcburi qaydada və zor tətbiq edilməklə" icra olunacağı vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner