Mojo.az Banner
13:47 Bakıda bu küçədə yol çökdü  |     13:37 Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO  |     13:22 Bərgüşad çayı üzərində su anbarı tikiləcək  |     13:01 Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi  |     13:00 Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama  |     12:53 Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır  |     12:52 Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ  |     12:40 Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir  |     12:32 Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir  |     12:30 Avtonom nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq?  |     12:26 Bu gün geomaqnit qasırğası olacaq  |     12:24 Xankəndi şəhərində dünyaya gələn ilk uşağın anasına VƏZİFƏ VERİLDİ - FOTO  |     12:15 Sürücüsüz avtomobillərin operatoru olmaq istəyənlər üçün rüsum müəyyənləşir  |     11:54 Bakıda tanınmış həkim VƏFAT ETDİ - FOTO  |     11:40 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək  |     11:33 Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı  |     11:32 Azərbaycan nefti üç dollara yaxın bahalaşdı  |     11:29 "Bitcoin"in qiyməti 62 min dollardan aşağı düşüb  |     11:27 Kamçatka sahillərində ardıcıl 30-dan çox zəlzələ qeydə alınıb  |     11:25 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər?  |    
Left Banner
Right Banner

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04.06.2026 12:53 228
Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Ali Məhkəmə qanunsuz məqsədlə verilən pullarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

"Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. Vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur.

Mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır", məhkəmənin məlumatında deyilir.

Qeyd olunub ki, qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir:

"Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır. Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir.

Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir. Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər.

İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər. Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur".скачать dle 11.3
Mojo.az Banner