Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ölkənin 6 rayonunda QAZ KƏSİLƏCƏK (Yenilənib)

02.06.2026 17:31 525
Ölkənin 6 rayonunda QAZ KƏSİLƏCƏK (Yenilənib)
03.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Qəbələ rayonunun Nohurqışlaq, Tüntül, Yengicə kəndləri və Vəndam qəsəbəsinin, eləcə də Daşkəsən rayonu və Şəkinin Vərəzət kəndinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Fasilənin təmir-quraşdırma işləri və payız-qış mövsümünə hazırlıqla bağlı olduğu qeyd edilir.

* * * * *

Sabirabad rayonu, Şirvan şəhəri və Balakən rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə aidiyyəti qurum məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 3-də Sabirabad rayonunun bəzi küçələrinin, həmçinin Şirvan şəhərinin bir hissəsinin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşanadək dayandırılacaq.

Həmin gün saat 09:00-dan etibarən isə Balakən rayonunun Mazımqara və Poştbinə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Son xəbərlər