Mojo.az Banner
19:03 Göyçayda 3 aylıq körpə anasının qucağından yıxılıb öldü  |     18:57 Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək  |     18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |     18:43 Bu müəllimlərin maaşı arta bilər - Şöbə müdiri açıqladı  |     18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |    
Left Banner
Right Banner

Güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT

02.06.2026 11:59 468
Güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Median.Az
həmin müraciəti təqdim edir:

"Bildirilib ki, sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".скачать dle 11.3
Mojo.az Banner