Mojo.az Banner
19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəskin istilər gəlir — Ekoloqdan açıqlama

01.06.2026 21:39 279
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Bu il Bakıda qış mövsümünün gözlənilən sərt soyuqları və qar yağıntısı müşahidə olunmadı. Əvəzində yaz aylarında qeyri-sabit və bəzən də qeyri-adi hava dəyişiklikləri diqqət çəkdi. Temperaturun tez-tez dəyişməsi və yağıntıların qeyri-bərabər paylanması sakinlər arasında müxtəlif müzakirələrə səbəb oldu. İndi isə əsas sual yay fəslinin necə keçəcəyi ilə bağlıdır, xüsusilə də havanın daha isti və quraq olub olmayacağı maraq doğurur. 
 
Median.Az bildirir ki, mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a bildirib ki, bu il Bakıya görmək istədiyimiz səviyyədə qar müşahidə olunmayıb:
 
"Son illərdə olduğu kimi, bu il də qarın az olduğu dövrlərdən biri kimi yadda qaldı. Bakı üçün qar hər zaman xarakterik hava hadisəsi deyil, çünki şəhər yarımsəhra iqlim zonasına daxil olan böyük yaşayış məntəqəsidir. Buna baxmayaraq, qış aylarında bəzən Sibir mənşəli soyuq hava kütlələri ölkəyə daxil olduqda qar müşahidə edilir. Lakin Bakı küləkli şəhər olduğuna görə bu yağıntılar çox vaxt davamlı və uzunmüddətli olmur".
 
Ekoloq deyib ki, bahar mövsümü isə bu il ümumilikdə yağıntılı keçdi:
 
"İyunun 20-dən sonra yay başlayır və görünən odur ki, iyun ayı sərin keçir. Havanın tədricən isinməsi gözlənilir. İyun ayının sonuna qədər istiləşmə davam edərsə, iyul və avqust aylarının da isti keçəcəyi ehtimal olunur.
 
Bu il Bakı xüsusilə küləkli keçib. Amma ölkə üzrə ümumilikdə normal yay gözləyirəm. Bakı havası ilə ölkənin ümumi hava şəraitini eyniləşdirmək düzgün deyil və bunu dəqiq proqnozlaşdırmaq da çətindir.

Ümumilikdə, normal yay keçəcək.
 
İyun və iyul aylarından etibarən quraqlıq dövrü başlayır. İyul daha çox quraq keçəcək. İyul və avqust ayları əsasən quraqlıqla xarakterizə olunacaq. Sentyabr ayında isə məhsul yığım mövsümü başlayır. 

Birləşmiş Millətlər Təşkilatının dünən və ya bir neçə gün əvvəl yaydığı məlumata görə, qarşıdakı yay dövrü çox quraq keçəcək və son beş il dünya üzrə daha isti və quraq olacaq. Bu, bir qədər şişirdilmiş proqnoz kimi görünür. Amma havanın istiləşməsi doğrudur və qlobal istiləşmənin təsirləri hiss olunur. Lakin bu vəziyyət faciəvi deyil. İnsanlar narahat olmamalı, gündəlik həyatlarını normal şəkildə davam etdirməlidirlər. Sadəcə, təbiətə qarşı daha diqqətli və həssas olmaq lazımdır.
 
Ümumilikdə isə, bu ilki yağıntılar gələcək mövsümlərdə də təbiət balansının qorunacağına ümid yaradır",- deyə o qeyd edib.
 скачать dle 11.3
Mojo.az Banner