Mojo.az Banner
16:17 “Diplomlu işsizlər” təhlükəsi: Azərbaycanda təhsil sistemi niyə dəyişməlidir? – Ekspertdən AÇIQLAMA  |     16:12 Məktəblərdə yeni cərimə mübahisəsi: müəllim cəzalanmalıdır, yoxsa şagird?  |     15:56 İntensiv yağışların təsiri: Hansı meyvələrin qiyməti arta bilər?  |     15:44 Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI  |     14:41 Şəmkirdə gənc oğlan parkda dostunu bıçaqladı - TƏFƏRRÜAT  |     13:35 Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü  |     13:33 Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı  |     12:26 Qaynar su 33 yaşlı kişini xəstəxanalıq etdi  |     12:24 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI  |     12:22 Yaxın Şərqdə gərginlik fonunda neft BAHALAŞDI  |     12:15 Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və buğda göndəriləcək  |     12:14 Azərbaycanlı futbolçu Albaniyada növbəti çempionluğu qeyd edir  |     12:09 Arvadını xüsusi amansızlıqla öldürən şəxs: "Hadisədən sonra özümə də xəsarət yetirdim"  |     12:05 Moldovada soydaşımız şəhər meri seçildi  |     12:00 Azərbaycanda tanınmış həkim vəfat etdi  |     11:54 İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür  |     11:33 Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu - FOTO  |     11:23 Qəbul imtahanlarında balları artırmaq mümkündür? - RƏSMİ AÇIQLAMA  |     11:16 Bakıda məşhur restoranın zirzəmisində DAVA - Məhkəmə qərar verdi  |     23:02 Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? (VİDEO)  |    
Left Banner
Right Banner

Məktəblərdə yeni cərimə mübahisəsi: müəllim cəzalanmalıdır, yoxsa şagird?

01.06.2026 16:12 180
Məktəblərdə yeni cərimə mübahisəsi: müəllim cəzalanmalıdır, yoxsa şagird?
Azərbaycanda müəllimlərin davranış qaydalarını pozduqları hallarda 200 manatadək cərimələnməsi ilə bağlı müzakirələr təhsil ictimaiyyətində fərqli fikirlər doğurub. Bir tərəf hesab edir ki, bu cür inzibati tədbirlər məktəblərdə nizam-intizamın güclənməsinə və peşə etikası qaydalarına əməl olunmasına xidmət edə bilər. Digər tərəfdən isə cərimələrin müəllimlərə əlavə psixoloji təzyiq yaratdığı, müəllim-şagird münasibətlərində müəyyən gərginliklərə səbəb ola biləcəyi düşünülür.

Bu fonda diqqət çəkən nüanslardan biri də bəzi ölkələrin fərqli yanaşma sərgiləməsidir. Məsələn, Qazaxıstanda qəbul edilən yeni qaydalara əsasən, müəllimə qarşı hörmətsizlik edən şagirdlərin və ya onların valideynlərinin cərimələnməsi nəzərdə tutulur. Bu yanaşmanın sinifdaxili intizamın qorunmasına daha çox töhfə verdiyi barədə fikirlər də səsləndirilir.

Bəs müəllimlərin cərimələnməsi təhsil sisteminə real fayda verə bilərmi? Bu addım müəllim-şagird münasibətlərində yeni problemlər yarada bilərmi? Yoxsa Qazaxıstanın tətbiq etdiyi model məktəblərdə asayiş və qarşılıqlı hörmətin təmin olunması baxımından daha səmərəli hesab edilə bilər?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Median.Az-ın suallarını cavablandırıb.
Elçin Əfəndinin sözlərinə görə, müəllimlərə qarşı hörmətsizlik təbii ki, xoşagələn vəziyyət deyil. Son dövrlərdə bəzi şagirdlərdə bir aqressiya formalaşıb. Dünyanın əksər ölkəsində təəssüf ki, belə hallara rast gəlirik. Məntiqi nəticə olaraq bir çox ölkədə bununla bağlı cərimələr tətbiq olunmağa başlanıb.
Mütəxəssis əlavə edib ki, yaxın vaxtlarda Qazaxıstanda da belə bir qayda tətbiq olundu. Düşünürəm ki, ölkəmizdə də şagird və valideyn davranışı, müəllimə qarşı şiddət və fiziki zorakılıq və s. kimi hallar yaşandığı halda cərimələr tətbiq olunmalıdır.

"Ən yaxşı münasibət ünsiyyətdən keçir. Biz bütün problemlərin kökündə ünsiyyətin düzgün qurulmamasını görürük. Ümumiyyətlə, davranış qaydalarında ünsiyyətə, münasibətlərə düzgün üstünlük verilməlidir. Və bundan sui-istifadə hallarının olmaması üçün müəyyən qaydaların tətbiqi vacibdir", — deyə ekspert qeyd edib.

Mütəxəssisin fikrincə, hər yaranan problemi də cərimə ilə aradan qaldırmaq olmur. Bəzi hallarda görürük ki, cərimə nə qədər tətbiq olunsa da yenə eyni hərəkətə yol verən şəxslər olur. Ona görə də burada cərimə əsas rol oynamır. Mütləq şəkildə yaranan situasiyadan çıxmaq üçün müvafiq qaydalarda düzəlişlər, müəllimin nüfuzunun bərpa olunması istiqamətində işlər aparılmalıdır.

Əvvəlki kimi kişi müəllimlərin təhsil sferasına cəlb edilməsini deyən Əfəndi bildirib ki, belə olan halda bir çəkinmə yaranacaq və dərsə, təhsilə daha çox mey olacaq.

E. Əfəndi sonda vurğulayıb ki, cərimə ilə bağlı müxtəlif alt bəndlərlə bunu etmək olar. Məsələn, ilk dəfə belə bir hala rast gəldikdə, hansısa bir şəxs tərəfindən kiçik məbləğdə cərimə, təkrar olunduqda isə böyük məbləğdə cərimə formatında üsul tətbiq etmək olar. Amma bunu da hər iki tərəf fürsət kimi anlamamalıdır. Çünki cərimənin də olduğunu bilərək kimlərsə nələrsə etməyə cəhd edə bilər.


Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner