Ağcabədidə kanaldan qadın meyiti tapıldı
Hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.
Araşdırmalar zamanı suda tapılan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyənləşdirilib.
Meyit aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
