Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Novxanıda içməli su günlərdir yola axır? - ADSEA-dan AÇIQLAMA (Video)

29.05.2026 11:35 492
Novxanıda içməli su günlərdir yola axır? - ADSEA-dan AÇIQLAMA (Video)
Abşeronda içməli su günlərdir yola axır.

Median.Az
xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Qeyd edilib ki, rayonun Novxanı bağlar massivində beşinci dalan, Qaçaq Nəbi küçəsində günlərdir içməli su yolboyu axıb gedir.

Nəticədə yolun asfalt örtüyü dağılır, eyni zamanda sakinlərin evlərinə və həyətlərinə su dolur.

Vəziyyətdən narazı olan sakinlər bu haldan bezdiklərini qeyd ediblər.

Şikayətçilər bununla bağlı tədbir görülməsini, yolboyu axan suyun mənbəyinin tapılaraq problemin qarşısının alınmasını istəyirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, sözügedən ərazidə müşahidə olunan su axıntısı içməli su deyil və axan sular qrunt sularıdır:

"Güclü yağışlardan sonra onların həcmi təbii olaraq artır. Ərazidə tullantı su şəbəkəsi, eləcə də yağış drenaj xətləri mövcud deyil.

Bakının Baş Planına uyğun olaraq, infrastrukturun qurulması məqsədilə bu kimi ərazilərdə mərhələli şəkildə işlər həyata keçirilir".

Son xəbərlər