Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda içməli su 2 aydır yola axırmış? - Rəsmi qurum hərəkətə keçdi (VİDEO)

07.10.2024 18:15 1 062
Bakıda içməli su 2 aydır yola axırmış? - Rəsmi qurum hərəkətə keçdi (VİDEO)
Sabunçu rayonu, Qəzənfər Musabəyov küçəsində içməli su iki aya yaxındır ki küçəyə axır.

Bu barədə iddia Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, ərazidə yerləşən 68 saylı məktəb bir neçə il əvvəl baş verən yanğın nəticəsində yararsız hala düşərək sökülüb.

Yanğından sonra məktəbin yerindəki su borusu zədələnib və bu səbəbdən icməli su ətrafa axmağa başlayıb.

Sakinlərin sözlərinə görə, səhər saatlarında suyun təzyiqi yüksək olduğu üçün su güclü axır və yola ciddi ziyan vurur. Bu da həm maddi itkilərə, həm də ekoloji problemlərə səbəbiyyət verir.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qeyd olunan ünvanda qəza briqadası tərəfindən hazırda axıntının qarşısı alınıb. Ərazidəki boru istimara yararsız halda olduğundan yaxın günlərdə borunun dəyişdirilməsi həyata keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner