Mojo.az Banner
18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |     18:43 Bu müəllimlərin maaşı arta bilər - Şöbə müdiri açıqladı  |     18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |    
Left Banner
Right Banner

Cəlilabadda canavarlar təsərrüfata hücum etdi

28.05.2026 18:26 327
Cəlilabadda canavarlar təsərrüfata hücum etdi
Cəlilabad rayonu sakini Mahir Quliyevin təsərrüfatına hücum edən canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıblar.

"Report"un Muğan bürosunun məlumatına görə, ümumilikdə son bir ayda rayonda 40-a yaxın xırdabuynuzlu heyvan canavarların hücumu nəticəsində tələf olub.

Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.

Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.

"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", – deyə sədr bildirib.скачать dle 11.3
Mojo.az Banner