Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda lizinq anlayışı ləğv edildi

26.05.2026 15:17 495
Azərbaycanda lizinq anlayışı ləğv edildi
Azərbaycanda lizinq anlayışı ləğv edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Bildirilib ki, yeni qanun layihəsinin hazırlanmasının zərurəti və onun mahiyyətinə keçməzdən öncə bir konseptual məsələyə diqqəti yönəltməyə ehtiyac vardır. Bu məsələ milli qanunvericilikdə istifadə olunan "lizinq” termininin (anlayışının) "maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz edilməsi (adlandırılması) ilə bağlıdır. Qeyd etmək lazımdır ki, beynəlxalq termin olan "leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçmiş, yəni "lizinq” kimi ifadə olunmuşdur, hazırda təqdim olunan qanun layihəsində isə onun "maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilmişdir. Məlumat üçün bildiririk ki, bir sıra ölkələrdə də "financial lease" termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir. Məsələn:

⦁ türk dilində - finansal kiralama;
⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli "Lizinq" adlansa da o əslində "maliyyə lizinqi”, yeni ifadə ilə desək "maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə "maliyyə lizinqi” termini indiyə qədər əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində istifadə edilib.

Beləliklə, yeni qanunun qəbulu ilə "maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, "lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaqdır. Qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, sanki onun kredit münasibəti olması rəyi formalaşırdı. Onu da qeyd etmək lazımdır ki, bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Son xəbərlər