Mojo.az Banner
21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |     20:37 Qlobal əmtəə ticarətinin dəyəri 13,7 trilyon dollara çatdı - BMT-nin statistikası  |     20:29 Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar (VİDEO)  |     20:24 Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi (YENİLƏNİB)  |     20:15 Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi  |     20:10 Azərbaycan millisinin məşqçisi vəfat edib  |     20:02 İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib  |     19:57 Sabah hava necə olacaq?  |     19:51 Təbii fəlakət 1000-dən çox insanın həyatına son qoydu  |     19:44 Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər  |     19:36 Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü  |     19:30 89 uşaq övladlığa verilib  |     19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |     19:04 Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır  |     18:58 Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ

26.05.2026 12:26 375
Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ
Xeyli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Bakıdakı 202 saylı körpələr evi-uşaq bağçasının müdiri olmuş Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə sabiq müdir müavini Qənirə Kazımovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Simuzər Paşayeva və Qənirə Kazımovaya bəraət verilib.

Baş Prokurorluqdan cinayət işi il bağlı verilən açıqlamada bildirilmişdi ki, Bakı şəhəri Xətai rayonunda yerləşən 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə müdir müavini Qənirə Kazımovanın qeyd olunan vəzifələrdə işlədikləri müddətdə öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş xeyli miqdarda dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlara Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi ötən il aprelin 18-də aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.

Eyni zamanda həmin tarixdə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərilib.

Xatırladaq ki, BŞTİ 202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilib.

Bundan öncə sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.скачать dle 11.3
Mojo.az Banner