Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT

25.05.2026 19:31 267
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.
 
Median.Az xəbər verir ki, Qurbanov Fərhad Talıb oğlu 2026-cı ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.
 
2020–2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdir müavini vəzifələrində fəaliyyətini davam etdirib.

 
1992–1997-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. 1997-ci ildə NORD Elmi-İstehsalat Birliyində mühəndis-iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərib. 1997–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib, ehtiyatda olan zabitdir.
 
2001-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışıb. 2001–2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005–2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019–2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi, daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışıb./iqtisadiyyat.az
 скачать dle 11.3
Mojo.az Banner