Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?

21.05.2026 21:20 540
Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?
Belçikanın “gocar.be” saytında avtomobillərin yanmasına dair maraqlı statistika dərc olunub.

Müəllif elektromobil yanğınlarının mediada ifrat dərəcədə qabardıldığını iddia edir. Qeyd olunur ki, Paris, yaxud Romanın mərkəzi küçələrində hanısa avtomobil qəflətən alovlandıqda yanğınsöndürənlər müdaxilə edir və iş bitir. Saytlar bunu ümumiyyətlə xəbər olaraq yaymır.

Hansısa uzaq əyalətdə elektromobil və ya hibrid model yandıqda isə hadisə medianın baş mövzusuna çevrilir. Son nəticədə oxucuda belə bir təsəvvür yaranır ki, elektromobillər tez alışır. Reallıq isə fərqlidir.

Norveç Mülki Müdafiə İdarəsinin statistikasına görə, 2025-ci ildə ölkədə hər 1000 elektromobilə 0,034 yanğın hadisəsi düşdüyü halda, ənənəvi avtomobillərdə 0,195 olub.

Başqa sözlə, daxiliyanma mühərrikli avtomobillərin yanması halları elektromobildən 6 dəfə çox olub!

Müqayisənin mötəbərliyi şübhə doğurmur. Çünki bu Skandinaviya ölkəsinin avtomobil parkının 29 faizə yaxını elektrik dartılıdır. Ölkədəki 3,1 milyon nəqliyyat vasitəsinin 875 mini elektromobildir.
//avtosfer.azскачать dle 11.3

Son xəbərlər