Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb

20.05.2026 20:29 465
Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb
Ukrayna Daxili İşlər Nazirliyi və Milli Polisində yüksək vəzifəli şəxslərə qarşı əməliyyt keçirilib.

Bu barədə Ukrayna mətbuatı yazıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatda bir neçə yüksək vəzifəli məmur rüşvət alarkən saxlanılıb. Onların arasında Daxili İşlər Nazirinin müavininin köməkçisi də var.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları üç bölgədə - İvano-Frankivsk, Ternopil və Jitomirdə Milli Polis şöbələrində axtarış aparmağa gəliblər. Bir neçə yüksək vəzifəli məmur rüşvət alarkən saxlanılıb. Şübhəlilər Ukrayna Cinayət Məcəlləsinin 368-ci maddəsinin 4-cü hissəsi (qanunsuz mənfəət əldə etmək) ilə ittiham olunublar", - KİV yazıb.
//unikal.az

Son xəbərlər