Bakının daha bir stansiyasından rayonlara qatarla getmək mümkün olacaq
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:
- Bakı-Qazax-Bakı
- Bakı-Ağstafa-Bakı (əlavə reyslər)
- Bakı-Balakən-Bakı
- Bakı-Qəbələ-Bakı
Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
