Mojo.az Banner
21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |     20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt hansı peşələri sıradan çıxaracaq? – Ekspertdən VACİB AÇIQLAMA

13.05.2026 11:36 3 048
Süni intellekt hansı peşələri sıradan çıxaracaq? – Ekspertdən VACİB AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir çox sahədə avtomatlaşdırma prosesləri insanların gördüyü işlərin bir qismini robotlar və alqoritmlərlə əvəz edir. Bu isə xüsusilə sadə və təkrarlanan işlərdə çalışanlar üçün narahatlıq yaradır. Eyni zamanda, yeni texnologiyalar yeni peşə sahələri də formalaşdırır və bu dəyişikliklərə uyğunlaşma zərurəti artır. Hansı bacarıqlar insanları süni intellekt dövründə işsiz qalmaq riskindən qoruya bilər? Gələcək əmək bazarında daha çox dəyər yaradacaq amil insan biliyi olacaq, yoxsa texnoloji bacarıqlar?

Mövzu ilə bağlı Median.Az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, süni intellekt dövründə işsizlik riskindən qorunmaq üçün ən fundamental bacarıqlar "yumşaq bacarıqlar" (soft skills) və emosional intellektlə bağlıdır.
Onun sözlərinə görə, süni intellekt böyük məlumatları emal etməkdə mükəmməl olsa da, tənqidi təfəkkür, yaradıcılıq, empatiya və mürəkkəb problemlərin qeyri-standart həlli hələ də insan zəkasının müstəsna üstünlüyü olaraq qalır:

“Gələcəkdə sadəcə texniki biliklərə sahib olmaq kifayət etməyəcək; insanları əvəzolunmaz edən əsas amil onların süni intellektin verə bilmədiyi etik mühakimə yürütmək, strateji liderlik etmək və insanlararası münasibətləri effektiv idarə etmək qabiliyyəti olacaqdır”.

E.Abbasov qeyd edib ki, gələcək əmək bazarında dəyər yaradacaq amil nə təkbaşına insan biliyi, nə də təkcə texnoloji bacarıqlar olacaq; ən yüksək dəyəri bu ikisinin simbiozu yaradacaqdır:

“Texnoloji bacarıqlar süni intellektlə eyni "dildə" danışmaq üçün zəruri alət olsa da, bu alətdən hansı məqsədlə və necə istifadə olunacağını müəyyən edən məhz insan biliyi və təfəkkürüdür. Bu səbəbdən, "ömürboyu öyrənmə" (lifelong learning) mədəniyyətinə sahib olmaq və texnologiyanı bir rəqib deyil, öz imkanlarını genişləndirən bir köməkçi kimi idarə edə bilmək gələcəyin ən böyük rəqabət üstünlüyü sayılacaq”.скачать dle 11.3
Mojo.az Banner