Mojo.az Banner
23:01 Məşhur aktyor dünyasını dəyişdi  |     22:48 Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var  |     22:43 Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - Video  |     22:35 Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi  |     22:29 Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA  |     22:22 Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”  |     22:17 Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi  |     22:10 “Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Səbəb  |     22:04 Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?  |     21:56 Müdafiə Nazirliyi məlumat yaydı  |     21:51 Ərdoğan Meloni ilə müzakirə apardı  |     21:44 Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB  |     21:39 Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər (VİDEO)  |     21:31 Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:26 Bu ərazidə qaz olmayacaq  |     21:01 Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq cinayət: 11 nəfər məhkəmə qarşısında  |     21:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  |     20:49 İnterpol xətti ilə axtarışa verilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur  |     20:36 "Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildi  |     20:31 Zorakılığa məruz qalanların sayı açıqlandı  |    
Left Banner
Right Banner

Gəncləri ölkədə saxlamaq üçün nə dəyişməlidir? – Fazil Mustafadan AÇIQLAMA

12.05.2026 11:34 1 050
Gəncləri ölkədə saxlamaq üçün nə dəyişməlidir? – Fazil Mustafadan AÇIQLAMA
Son illər Azərbaycanda gənclərin xaricdə yaşamaq istəyi daha da artıb. Bir çoxu təhsil və ya iş üçün getsə də, sonradan geri qayıtmamağa üstünlük verir. Buna əsas səbəb kimi iş imkanlarının məhdudluğu, aşağı maaşlar və gələcəklə bağlı qeyri-müəyyənlik göstərilir. Bu vəziyyət isə bir sualı gündəmə gətirir: gəncləri ölkədə saxlamaq üçün nə dəyişməlidir?

Mövzu ilə bağlı Median.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, ümumiyyətlə, gəncləri ölkədə saxlamaq kimi bir hədəf olmur.
Onun sözlərinə görə, bir çox ölkələrdə yeni həyat şərtləri axtaran gənclər öz ölkələrini tərk edirlər:
“Bu problem Türkiyə və ərəb ölkələrində də mövcuddur. Lakin burada əsas məsələ ölkənin intellektual potensialının qorunmasıdır. Avropa ölkələri daha çox ixtisaslaşmış miqrasiyaya üstünlük verirlər. Onlar bilikli, hazırlıqlı və ölkənin müəyyən sektorlarına uyğun kadrları cəlb etməyə çalışırlar. Bu, miqrasiya siyasətində mühüm yer tutur”.

Millət vəkili qeyd edib ki, məsələn, Rusiya bu məsələyə o qədər də diqqət ayırmır və əsasən ucuz işçi qüvvəsinə üstünlük verir. Buna görə də bu məsələlərə fərqli rakursdan yanaşmaq lazımdır.

“İş yerlərinin açılması məsələsinə yalnız şüar kimi baxmaq düzgün deyil. Sahibkarlığın inkişafına dəstək verilməlidir. Çünki sahibkarlıq ən vacib məsələlərdən biridir. Sahibkarlar xüsusi təlimat və ya plan olmadan cəmiyyətdə hansı sahədə boşluq varsa, həmin istiqamətdə iş yerləri açacaqlar. Bu baxımdan məsələyə yalnız gənclər prizmasından deyil, sahibkarlığın inkişafı prizmasından yanaşmaq lazımdır ki, insanlar özlərinə uyğun seçim edə bilsinlər”.

F.Mustafa vurğulayıb ki, gənclər iş tapmaqda çətinlik çəkməməli və ixtisaslarına uyğun iş yerləri ilə təmin olunmalıdırlar:

“Universitetlərlə əmək bazarı arasında əlaqələrin düzgün tənzimlənməsi vacibdir. Əks halda bu prosesi irəli aparmaq çox çətin olacaq. Cəmiyyətdə aktiv, təşəbbüskar və qabiliyyətli insanların iş mühitində önə çıxması təmin edilməlidir ki, gənclər üçün yeni alternativlər yaransın.

“Xaricə getmək istəyən onsuz da gedəcək. Fərqli həyat tərzi yaşamaq, pul qazanmaq və ya təhsil almaq istəyi bir çox insanı xaricə aparır. Əsas məsələ odur ki, Azərbaycanda qalmaq istəyən və burada qalmaq potensialı olan gənclər məcburiyyət qarşısında ölkəni tərk etməsinlər”, – deyə o vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner