Mojo.az Banner
19:49 “7 Gözəl” şadlıq evində qəfil yoxlama - Nöqsanlar aşkarlandı  |     19:43 "Dentera Dental"da dişlərini müalicə etmək istədi - Həm pulundan, həm də sağlamlığından oldu (VİDEO)  |     19:38 Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı  |     19:30 Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb  |     19:25 Bazarlarda qiymətlər necədir? - Video  |     19:16 4 ayda daşınmaz əmlak alanlara 12 milyon manatdan çox ƏDV geri qaytarılıb  |     19:11 Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub  |     19:08 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq  |     18:42 Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU  |     18:40 Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ  |     18:04 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:58 Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq – Video  |     17:49 Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb  |     17:18 BMT-dən Fransaya XƏBƏRDARLIQ  |     17:00 Azərbaycanda bu şəxslərə birdəfəlik maddi yardım ödənildi  |     16:58 Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilib  |     16:54 Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ  |     16:42 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib  |     16:35 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR  |     16:10 Azərbaycanda bir istiqamət üzrə qatarların hərəkəti müvəqqəti DAYANDIRILIR - SƏBƏB  |    
Left Banner
Right Banner

Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ

08.05.2026 18:40 207
Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.

Ölüm faktlarının qeydə alınması virusun pandemiyaya çevrilməsi ilə bağlı riskləri artırıb.

Virus necə yoluxur?

Hantavirusun yoluxma mexanizmi bir çox digər viruslardan fərqli olaraq, birbaşa gəmiricilərlə (siçan və siçovullarla) təmasa əsaslanır. Virusun insanlara keçməsində ən kritik məqam onun "havaya qarışması" halıdır. Virusun olduğu səthlərə toxunmaq yoluxma riskini artırır. Xüsusilə kütləvi yoluxma ehtimalı olan məkanlarda diqqətli olmaq lazımdır. Təyyarə, qatar, avtobus və ya gəmidə hantavirus sıxlıq və uzunmüddətli səfərlər zamanı yoluxmuş səthlər və ya ikram edilən qidalar vasitəsilə yayıla bilər.

Əlamətləri

Daha çox Amerika qitəsində, habelə Avropa və Asiyada da müşahidə olunan virus ağciyərləri zədələyir və tənəffüs çatışmazlığına səbəb ola bilər. O, böyrəkləri də zədələyir və qanaxmaya meyilliliklə müşayiət olunur.

Hantavirusun ən geniş yayılmış yoluxma forması tənəffüs vasitəsi ilədir. Virus infeksiya daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə ətrafa yayılır. Məkanların təmiz saxlanılması və riskli ərazilərdə maska ilə hərəkət edilməsi tövsiyə olunur. Bu virusa yoluxan insanlarda hərarət və titrəmə, böyrək funksiyasının pozulması, baş, əzələ, qol və bel ağrısı, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti olaraq bulanıq görmə, öskürək, tənəffüsün pozulması, dəridə qaşınma kimi əlamətlər müşahidə edilir. Alimlərin dediyinə görə, hantavirus infeksiyasının müalicəsi üçün hansısa xüsusi müalicə və ya peyvənd tapılmayıb.

Hantavirusların insandan insana yoluxmadığı qəbul edilir.

Kimlər risk altındadır?

Kənd təsərrüfatı fəaliyyəti zamanı gəmiricilərin yuva saldığı məkanlarla təmasda olduqları üçün fermerlər əsas risk qrupuna daxildirlər. Həmçinin, təmizlik işçiləri viruslu tozları nəfəslə daxilə çəkmək riski ilə üz-üzədirlər. Meşəlik ərazilərdə düşərgə quranlar, arxeoloqlar və ya dağ sığınacaqlarında qalanlar gəmirici tullantılarına daha çox məruz qala bilərlər. Binaların qaranlıq, rütubətli və siçanların yuva sala biləcəyi yeraltı və infrastruktur sahələrində çalışan texniki personal da bu riskdən istisna deyillər.

Virus necə və hansı şəraitdə yayılır?

Müəyyən təbiət hadisələri infeksiyanın yayılmasını sürətləndirə bilər. İqlim dəyişikliyi - həddindən artıq yağışlar və ya quraqlıq gəmiricilərin qida tapmaq üçün insan məskənlərinə daha çox daxil olmasına səbəb olur. Müəyyən illərdə gəmirici populyasiyasında baş verən kəskin artım virusun ətrafa yayılma miqdarını yüksəldir. Mövsümi yayılma adətən, yaz və payız aylarında daha çox müşahidə olunur. Bu dövrlərdə həm gəmiricilərin hərəkətliliyi artır, həm də insanlar yaz təmizliyi və ya məhsul yığımı kimi fəaliyyətlər səbəbilə bu ərazilərə daha çox daxil olurlar.

Necə qorunmaq olar?

Hantavirusla mübarizənin ən əsas yolu virusun mənbəyi olan gəmiricilərlə təması kəsmək və yaşayış sahələrini virusdan təmiz saxlamaqdır. Müalicə üçün peyvəndin hələ mövcud olmadığı nəzərə alındıqda, "təmizlik zamanı toz qaldırmamaq" qaydası həyati əhəmiyyət daşıyır.

Əlamətləri hansılardır?

İlk mərhələdə xəstəlik çox vaxt adi qrip və ya ağır soyuqdəymə ilə qarışdırılır, lakin xəstəlik irəlilədikcə vəziyyət ciddiləşir. Virus orqanizmə daxil olduqdan sonra ilk mərhələdə xəstələrin demək olar ki, hamısında görülən ümumi əlamətlər yüksək hərarət və titrəmə, şiddətli əzələ ağrıları, halsızlıq və yorğunluq, mədə-bağırsaq problemləridir.скачать dle 11.3
Mojo.az Banner