Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb

06.05.2026 22:01 144
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı aparılıb.

Bu barədə Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla səmərəli söhbətim oldu. Həmkarıma qonaqpərvərliyinə və liderlərimizin Qəbələ səfəri və danışıqları zamanı mənimlə görüşdüyünə görə təşəkkür etdim. Biz bu danışıqlar zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik və ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdik", - deyə paylaşımda qeyd olunur.

Sibiqanın sözlərinə görə, tərəflər həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar:

"Ukrayna suverenliyimizi və ərazi bütövlüyümüzü davamlı olaraq dəstəklədiyinə, eləcə də xüsusilə enerji sektorunda göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır. Biz fəal dialoq aparmaq və əlaqələrimizi davam etdirmək barədə razılığa gəldik".скачать dle 11.3
Mojo.az Banner