Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA

01.05.2026 21:35 396
Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA
İşğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. İşğal dövründə bu ərazilərə fiziki giriş mümkün olmadığı üçün siyahılar əvvəlki arxiv materialları əsasında tərtib edilsə də, torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb.

Bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində keçirilən paneldə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib.

O qeyd edib ki, aparılmış monitorinqlər nəticəsində 575 abidənin vəziyyəti artıq qiymətləndirilib: “Abidələrin demək olar ki, hamısı müəyyən dərəcədə dağıntı və vandalizmə məruz qalıb, 68 abidə yer üzündən tamamilə silinib. Eyni zamanda, 114 abidə çox ağır dərəcədə dağıdılıb. Qalan abidələr isə müxtəlif həcm və miqyasda zərər görüb. Hazırda abidələrə dəyən zərərin hesablanması prosesi davam edir. İlkin rəqəmlərə görə, 434 abidəyə dəyən maddi ziyanın məbləği 700 milyon manatdan çoxdur”.

Fariz Hüseynli monitorinqlər zamanı əvvəlki siyahılarda olmayan, lakin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 212 yeni obyektin də aşkar edildiyini diqqətə çatdırıb: “Ötən il bu obyektlərdən 44-ü artıq rəsmi siyahıya əlavə olunub və mühafizəsi təşkil edilib. Siyahıda olan 130-dan çox abidənin monitorinqi hələ ki, mümkün olmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkəndirilməsi ilə bağlıdır”.скачать dle 11.3
Mojo.az Banner