Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərdə 6 şagirdə 1 kompüter düşür

01.05.2026 22:25 435
Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
Rəqəmsal platformalar əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrilib. Araşdırmalar göstərir ki, ən çox internetə çıxışı olan Çin Xalq Respublikasıdır və burada bir milyarddan çox əhalinin internetə çıxışı var. İnkişaf etmiş ölkələrin əhalisinin 90 faizindən çoxunun belə imkanları var. Lakin inkişafda olan ölkələrin cəmi üçdəbir hissəsinin internetə çıxışı var ki, bu da çox aşağı səviyyədir.

Bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.

O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir.

“Hazırda Elm və Təhsil Nazirliyində “Microsoft” analitik platforması tətbiq olunur və növbəti mərhələdə süni intellekt əsasında analitikanın tətbiqi nəzərdə tutulur. İnformasiya sistemlərində isə təhsil məlumatlarının bütün inzibati səviyyələrdə rəqəmsallaşdırıldığını qeyd etmək istərdim. Növbəti mərhələdə əsas inzibati proseslərin yenidən qurulması və dövlət platformaları ilə tam inteqrasiya olunması nəzərdə tutulur. Təbii ki, bunun üçün müvafiq infrastruktur tələb olunur. Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq”, - deyə F.Qurbanov vurğulayıb.

Hazırda ölkədə hər 6 şagirdə bir kompüter düşdüyünü deyən nazir müavini əlavə edib: “Bizim əsas hədəfimiz hər bir şagirdə bir kompüter nisbətini təmin etməkdir. Yadıma gəlir, 2000-ci illərin əvvəllərində 1062 şagirdə bir kompüter düşürdü. Hazırkı statistik göstərici isə ölkəmizin bu sahədəki yüksək inkişaf tendensiyasını göstərir”.скачать dle 11.3
Mojo.az Banner