Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video

01.05.2026 22:16 507
Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, güzəştli şərtlərlə ev təklif edən şirkətə pul ödəsə də, illərdir nə ev var, nə də ödədiyi məbləğ geri qaytarılır. İddiaya görə, şirkət ofisini də bağlayıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Gülçöhrə Abdullayevanın sözlərinə əsasən, sosial şəbəkədə gördüyü elan onun diqqətini çəkib və bu səbəbdən ''Günəşli İnşaat'' şirkətinin Hövsan qəsəbəsində yerləşən ofisinə üz tutub.

Aktrisanın iddiasına görə, şirkətin rəhbəri Firutan Məmmədovla görüşüb və 27 min 600 manata başa gələcək ev üçün, 2020-ci ildə ilkin ödəniş edərək müqavilə bağlayıb. Qalan məbləği isə aylığa bölüblər ki, bu da 36 ayda ödəniləcəkdi.

Aktrisa bildirir ki, şirkətə hər ay gücü çatan qədər ödəniş edib. Bir müddət sonra ona bildirilib ki, pandemiya olduğundan tikinti dayandırılıb. Amma buna baxmayaraq Gülçöhrə Abdullayeva aylıq ödənişi davam etdirdiyini deyir.

Məsələyə münasibət öyrənmək üçün adı çəkilən şirkətin rəhbəri Firutan Məmmədov bildirdi ki, qadın aylıq ödənişi dayandırdığı üçün tikinti yarımçıq qalıb. ''Ödənişləri bərpa etsin, evi tamamlayaq və təhvil veriləcək'',- deyə-Firutan Məmmədov bildirdi.

Son xəbərlər