Mojo.az Banner
21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video

25.03.2026 22:37 618
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video
Köhnə evini satıb yeni mənzilə köçmək istəyən ailə 3 ildir kirayələrdə yaşamağa məcbur qalıb. Fərəcovlar ailəsi ilə bağlanan müqaviləyə əsasən 6 ay ərzində onlara yeni ev hazır vəziyyətdə verilməli idi. Lakin bu müddət uzanıb. Bəs qarşı tərəf nə deyir?

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakı sakini Qoçu Fərəcov yaşadığı evi sataraq yenisi ilə dəyişmək istəyib. Bunun üçün “Günəşli İnşaat” MTK ilə müqavilə bağlayıb. Yeni evin bir neçə aya veriləcəyi deyilsə də, üzərindən illər keçib.

Şikayətçi bildirir ki, həyat yoldaşı 14 ildir yataq xəstəsidir. Köhnə, rütubətli evlərini satmaqda əsas məqsədləri onu daha yaxşı şəraitə köçürmək olub. Ailənin iddiasına görə, tikinti şirkətinin rəhbəri Firutan Məmmədov onlara 3 otaqlı mənzil vəd edib, lakin bu günə qədər ev təhvil verilməyib.

Məsələ ilə bağlı tikinti şirklətinin rəhbəri olduğunu bildirən Firutan Məmmədov bildirdi ki, ev hazırdır, lakin müqaviləyə əsasən, tərəflər şərtləri yerinə yetirməlidir.

Onun sözlərinə görə, şirkət tərəfindən onlarla müqavilə bağlayan Qoçu Fərəcovun oğlu Nurlan Fərəcliyə dəfələrlə yeni evlər təqdim olunsa da, o, işsiz olduğunu dilə gətirib və təklif olunan evin qalan ödənişini ödəməyə gücünün çatmayacağını bildirib.

Firutan Məmmədov onu da bildirdi ki, müqavilənin şərtlərinə əsasən ailənin ödədiyi ilkin ödəniş məbləği şirkət tərəfindən geri qaytarıla bilər.скачать dle 11.3
Mojo.az Banner