Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

"PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ

29.04.2026 12:34 459
Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İmran Əsədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İmran Əsədov 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

İmran Əsədov həm yetkinlik yaşına çatmadığı, həm də yetkinlik dövründə törətdiyi bir neçə epizod üzrə ağır cinayət əməllərində ittiham olunub.

İstintaqla müəyyən edilib ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə azyaşlı şəxsi hədə-qorxu yolu ilə təsir altına salaraq cinayətkar fəaliyyətə cəlb edib.

Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında, dəqiq tarix və vaxt istintaqa məlum olmayan bir vaxtda, bibisi oğlu vasitəsilə tanıdığı azyaşlı N.N.-lə əlaqə yaradıb. O, həmin şəxsi məşhur mobil oyun olan "PUBG" ilə aldadaraq "UC" adlı oyun valyutası və oyun hesabı satacağı vədi ilə pul tələb edib. Mövcud olmayan bu hesab müqabilində 22 000 manat tələb edən İmran pul verilmədiyi halda azyaşlını və onun yaxınlarını öldürmə və oğurlama ilə hədələyib, eləcə də rüsvayedici məlumatlar yayacağı ilə bağlı təhdidlər səsləndirərək psixi təsir göstərib.

İttihama görə, o bununla kifayətlənməyərək azyaşlını atasına məxsus pulu oğurlamağa da təhrik edib. Nəticədə, 2023-cü ilin aprel-iyul ayları ərzində N.N. vasitəsilə zərərçəkmiş M.N.-ə məxsus 22 000 manat məbləğində pul yaşadığı evdən gizli yolla talanıb.

Cinayətkar fəaliyyət sonradan da davam etdirilib. İmran 2023-cü ilin avqustunda eyni azyaşlıya qarşı yenidən oxşar üsullarla təsir göstərərək bu dəfə 18 000 manat məbləğində pul tələb edib. O, guya silinmiş oyun hesabını bərpa edəcəyini və əlavə oyun valyutası yükləyəcəyini vəd edib. Bununla yanaşı, əvvəlki kimi hədə-qorxu və təhdidlər vasitəsilə azyaşlını qorxu altında saxlayaraq onu yenidən oğurluq etməyə sövq edib.

İstintaqla müəyyən edilib ki, həmin dövrdə - avqust ayının əvvəlindən sentyabrın 5-dək olan müddətdə N.N. vasitəsilə zərərçəkmişə məxsus daha 18 000 manat pul evdən gizli yolla talanıb. Beləliklə, ümumilikdə zərərçəkmişə 40 000 manata yaxın maddi ziyan vurulub.

Məhkəmə iclasında İmran Əsədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, azyaşlı N.N.-lə tanışlığı oyun platforması vasitəsilə yaranıb və müxtəlif vaxtlarda "oyun hesabı" adı ilə ondan pul alıb. Təqsirləndirilən şəxs ümumilikdə 40 000 manat məbləğində pul əldə etdiyini söyləyib və həmin vəsaiti şəxsi ehtiyaclarına, eləcə də oyun xərclərinə sərf etdiyini vurğulayıb.

İmran, həmçinin etiraf edib ki, N.N.-in azyaşlı olduğunu, məktəbli yaşında olduğunu bilib və buna baxmayaraq, ondan pul tələb edib. İş materiallarında olan səsyazılarının da ona məxsus olduğunu təsdiqləyən İmran törətdiyi əməllərdən peşman olduğunu bildirib.

Xatırladaq ki, İmran Əsədova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi - azyaşlının cinayət fəaliyyətinə cəlb edilməsi, oğurluq və hədə-qorxu ilə tələbetmə - üzrə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner