Mojo.az Banner
20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |     18:47 Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?  |     18:39 Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB  |     18:33 Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...  |     18:25 Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq  |     18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |    
Left Banner
Right Banner

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - Video

28.04.2026 22:46 447
Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - Video
Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır. Bu xəritələrin məqsədi ərazilər üzrə seysmik risk səviyyəsini daha dəqiq müəyyənləşdirmək, xüsusilə sıx məskunlaşan zonalarda tikinti və şəhərsalma qərarlarının elmi əsaslarla verilməsinə imkan yaratmaqdır.

Median.Az
-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə məlumat verən fövqəladə hallar nazirinin müavini Adil Abdullayev bildirib ki, tikinti aparılacaq ərazilərin seysmik vəziyyəti əvvəlcədən qiymətləndirilməlidir.

Yeni xəritələr yalnız ehtimal olunan zəlzələ ocaqlarını deyil, həm də ərazinin tikinti üçün nə dərəcədə həssas olduğunu göstərməyə xidmət edəcək. Bu isə gələcəkdə binaların layihələndirilməsi, infrastrukturun planlaşdırılması və riskli zonalarda tikintiyə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hazırkı müşahidələrə əsasən, ölkə ərazisində dağıdıcı gücə malik zəlzələ gözlənilmir.

Mütəxəssislərin fikrincə, xırda yeraltı təkanların qeydə alınması seysmik proseslərin izlənməsi baxımından normal haldır. Əsas məsələ bu məlumatların davamlı təhlil edilməsi, riskli ərazilərin xəritələşdirilməsi və tikinti normalarında həmin göstəricilərin nəzərə alınmasıdır.скачать dle 11.3
Mojo.az Banner