Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO

28.04.2026 11:58 687
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

Qeyd olunub ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.

Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.

Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.

Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.























Son xəbərlər