Mojo.az Banner
23:00 ABŞ və İran razılığa gəldilər  |     22:53 İkinci dəfə "Çeçenistan qəhrəmanı" oldu  |     22:44 33 il sonra Kəlbəcərin ilk məzunu  |     22:39 İtkin model Epşteynin qurbanı olub?  |     22:33 5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika  |     22:24 Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb  |     22:16 Xəstəxanada həkimin pullarını oğurlayan şəxsə hökm oxundu  |     22:10 Naxçıvan reyslərini icra edən təyyarələr Bakıya geri qayıdıb  |     22:05 Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı  |     21:57 Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub  |     21:50 Qonaq getdiyi kənddə kanalda batdı  |     21:46 1 və 3 qəpiklər dövriyyədən çıxarılır?  |     21:41 Xərçəng xəstəliyi artır - 2050-ci il üçün proqnozlar açıqlandı  |     21:32 Türkiyədə oxuyan tələbələr üçün quru sərhədlər açıla bilərmi?  |     21:26 "Sabah" bu futbolçunun transferinə 720 min manat xərcləyib  |     21:21 Sabah 35 dərəcə isti olacaq  |     21:13 Bakıda 50 min manatlıq "telefon biznesi" dələduzluğu  |     21:08 Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu  |     21:00 Estoniyanın Azərbaycanda səfirliyi açıldı  |     20:54 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?  |    
Left Banner
Right Banner

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar - FOTO

28.04.2026 11:52 327
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.

Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva ABAD-çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.






скачать dle 11.3
Mojo.az Banner