Mojo.az Banner
14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |    
Left Banner
Right Banner

Diplomatik xidmətə qəbulla bağlı YENİLİK tətbiq edildi

25.04.2026 13:59 537
Diplomatik xidmətə qəbulla bağlı YENİLİK tətbiq edildi
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb.

Qeyd olunub ki, bununla əlaqədar, DİM ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb. Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur.

Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.

Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti" mövcuddur. Müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.


скачать dle 11.3
Mojo.az Banner