Mojo.az Banner
11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |    
Left Banner
Right Banner

Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ

24.04.2026 15:22 360
Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən almağı tövsiyə edir.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.

Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həm sərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm də uçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesab olunur.

Aviabiletləri rəsmi veb-səhifədən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından əldə etmək mümkündür.скачать dle 11.3
Mojo.az Banner