Mojo.az Banner
18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |    
Left Banner
Right Banner

Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO

24.04.2026 14:23 1 077
Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.

Median.Az
PhotoStock.az-a istinadən xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.

Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov və "LUKOIL Azərbaycan" QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib.

Ardınca 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub. Açılışda bildirilib ki, körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2.4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.
скачать dle 11.3
Mojo.az Banner